Manisanın Salihli rayonunda quyuya düşən ata və oğulun cansız cəsədləri tapılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Barış Məhəlləsində 35 yaşlı Aytuğ Dəmirin 2 yaşlı oğlu Batu Dəmir dərinliyi təxminən 60 metr olduğu təxmin edilən artezian quyusuna düşüb.
Oğlunu xilas etmək istəyən ata Dəmir onun ardınca quyuya atılıb.
Quyunun ətrafı qısa müddətdə qazılıb. Onların cəsədləri quyunun 15-ci metrliyində, təxminən işlərin 10 saatdan sonra tapılıb.
Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.