Avropa Parlamentinin rəsmisi korrupsiya qalmaqalı fonunda istefa veribbackend

Avropa Parlamentinin rəsmisi korrupsiya qalmaqalı fonunda istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin sədri Mariya Arena Belçikada korrupsiya ilə bağlı başlanmış istintaqla əlaqədar vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Arenanın adı Qətər və Mərakeşin xeyrinə korrupsiyada hallanır.

“Belçika hakimiyyəti məni deputat toxunulmazlığımdan məhrum etməyib. Nə ofisimdə, nə də evimdə axtarış aparılıb “, – Arena qərarı sərbəst şəkildə verdiyini deyib.

Avropa Parlamentində Qətər və Mərakeşin maraqlarının təmsilçiləri ilə əlaqələri olan deputatlar və işçilərlə bağlı araşdırma davam edir. Onların arasında Avropa Parlamentinin keçmiş vitse-prezidenti, hazırda həbsdə olan yunan deputat Eva Kaili də var.