Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasından Gürcüstanın dövlət sərhədini qanunsuz keçmə faktı üzrə5 Pakistan İslam Respublikasının vətəndaşı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisi məlumat yayıb.
Onların məlumatına görə, cinayət 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laqodexi “Tsodniskar” diviziyasının sərhəd sektorunun mühafizə bölməsində Pakistan İslam Respublikasının 5 vətəndaşı – 2010-cu il təvəllüdlü S.A. 1989, 2001-ci il təvəllüdlü A.Z, 1979-cu il təvəllüdlü R. İ., 1991-ci il təvəllüdlü A.M. və 1971-ci il təvəllüdlü C.K qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə ittiham edilərək saxlanılıb.
Cinayət 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək Azərbaycan Respublikasından qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər.
“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 2-ci hissəsinin 344-cü maddəsinin “A” yarımbəndi ilə aparılır”, -nazirlik bildirib.