Azərbaycanda 40 yaşlı universitet müəllimi koronavirusdan vəfat edib.
Bakı Mühəndislik Universitetinin müəllimi vəfat edib.
Bu barədə İnterpress.az-a universitetdən məlumat verilib.
BMU-nun Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Cəmil Məmmədov dünyasını dəyişib.
O, bir neçə ay əvvəl COVID-19-a yoluxub və eyni zamanda əməliyyat olunub.
C.Məmmədli uzun müddət xəstəxanada müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü C.Məmmədov bakalavr təhsilini Türkiyənin Uludağ Universitetinin xarici dil müəllimliyi (İngilis dili üzrə), magistr təhsilini isə İstanbul Universitetinin təhsilin təşkili və idarə olunması ixtisası üzrə alıb.
Allah rəhmət eləsin!