Azərbaycanda biabırçılıq: icra başçısının vətəndaş qəbulu gecə 00:00-a təyin edildi – FOTObackend

Azərbaycanda biabırçılıq: icra başçısının vətəndaş qəbulu gecə 00:00-a təyin edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmək istəyən yerli sakinin müraciətinə cavab olaraq vətəndaş qəbulunun saatı gecə saat 00.00 üçün təyin edilib.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Samral Quluzadə bildirib.

O, icra başçısı Mirhəsən Seyidovun qəbulunda olmaq üçün RİH-ə elektron qaydada müraciət etdiyini söyləyib.

Amma vətəndaş qəbulunun icra başçısının müavini tərəfindən həyata keçiriləcəyi barədə müraciətçiyə cavab gəlib.

Eyni zamanda, cavabda vətəndaş qəbulunun gecə saatlarına təyin edilməsi gülünc doğurub.

Belə ki, vətəndaş iddia edir ki, görüş üçün təyin olunan vaxt gecə saat 00.00 olub.