Azərbaycanda bir gündə iki faciə: 2 ailə məhv oldu, 8 ölü, 4-ü uşaqdırbackend

Azərbaycanda bir gündə iki faciə: 2 ailə məhv oldu, 8 ölü, 4-ü uşaqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – fevralın 17-də Azərbaycanda ümumilikdə 8 nəfər olmaqla iki ailə faciəli şəkildə ölüb.

İnterpress.az özəl olaraq gün ərzində baş verən həmin hadisələrlə bağlı məlumatları təqdim edir.

Belə ki, bu gün  səhər saatlarında Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.

Şəhərin H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasındakı mənzillərdən birində baş verən faciəli hadisə zamanı 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqları dünyasını dəyişiblər.

Bu gün axşam saatlarında isə ölkəmizdə daha bir ailə faciəsi baş verib. Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü – sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.

Bundan əlavə, gün ərzində daha bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində daha bir neçə nəfər dünyasını dəyişib.