Pedaqoji Universitetdə əməkhaqqı artırılıb.
ADPU-nun mətbuat katibi Cavid Hüseynovun verdiyi məlumata görə, bu barədə Universitetin Elmi Şurasında qərar qəbul edilib.
İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatdırıb.
Təkliflərə əsasən, Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması haqqında qərar qəbul edib.
Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5 % artırılıb.