Samux rayonunda dəhşətli hadisə baş verib.
İnterpress.az xəbər verir ki, Kolayır kənd sakini 1997-ci il təvəllüdlü Mirzaman Əliyev ilk olaraq 4 nəfər tərəfindən vəhşicəsinə döyülüb, daha sonra isə qulağı kəsilib.
İlkin məlumata görə, onu daha əvvəllər tanıdığı şəxslər yaşadığı evdən apararaq Fizuli kəndinin yaxınlığındakı meşədə döyüb, sonra telefona çəkib və qulağını kəsərək meşədə qoyub gediblər.
Mirzaman Əliyev sürünərək meşəlik ərazidən çıxıb və kənd yaxınlığında sakinlər tərəfindən müəyyən edilərək ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.