Azərbaycanda ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyirbackend

Azərbaycanda ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Dekabr ayında aparılan sorğulara görə, ev təsərrüfatlarının 81,9%-i inflyasiya gözləyir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

“O cümlədən respondentlərin 22.4%-i inflyasiya tempinin yüksələcəyini düşünür. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə inflyasiya gözləntiləri 11 ayda orta hesabla ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sənayesində və tikintidə azalmış, ticarət və xidmət sektorunda artıb”, – deyə qurum bəyan edib.