Azərbaycanda faciə: Qonşu kişi bacı-qardaşı qətlə yetirdibackend

Azərbaycanda faciə: Qonşu kişi bacı-qardaşı qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda iki nəfər qətlə yetirilib.

DİN-in Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, hadisə bu gün rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin “isti izlər”lə açılması təmin olunub. Belə ki, qətli törətməkdə şübhəli bilinən eyni kəndin sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.