Cəlilabadda məktəbdə şagirdi elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.
İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərəyanı vurub.
Belə ki, həmin məktəbin 1-ci sinif şagirdi Zeynalov Hüseyn Yaşar oğlunu məktəbin həyətində elektrik cərəyanı vurub.
Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (report)