Azərbaycanda məşhur şirkətdə güclü yanğın başladı: ölən varbackend

Azərbaycanda məşhur şirkətdə güclü yanğın başladı: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda yanğın baş verib.

İnterpress.az-ın report-a istinadən məlumatına görə, hadisə “Salyan qida məhsulları İstehsalat Kommersiya Şirkəti” MMC-nin ərazisində qeydə alınıb.

Belə ki, şirkətin ərazisində istifadəyə yararsız taxta yeşiklər və tullantılar yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın baş verən ərazidən təxminən 10 metr kənarda 1996-cı il təvəllüdlü Yarıyev Nahid Camal oğlunun meyiti aşkar edilib. İlkin məlumata görə, o, elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.