Azərbaycanda qəribə olay: İşdən qovulan baş həkim TƏBİB-i məhkəməyə verdibackend

Azərbaycanda qəribə olay: İşdən qovulan baş həkim TƏBİB-i məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqan rayon Mərkəzi Xəstəxanasının işdən çıxarılan baş həkimi Üzeyir Ramiz oğlu İskəndərov TƏBİB-i məhkəməyə verib.

İnterpress.az xəbər verir ki, lent.az-ın məlumatına görə, keçmiş baş həkimin məhkəməyə müraciət etməsinə səbəb yenidən işə bərpa olunması ilə bağlıdır.

Belə ki, əvvəlki işinə bərpa olunmaq istəyən Ü. İskəndərov bunun üçün TƏBİB-dən Nərimanov rayon Məhkəməsinə şikayət edib. Şikayətə hakim Solmaz Ədilova baxacaq.

Qeyd edək ki, mediada yayılan məlumata görə, Üzeyir İskəndərov 2021-ci ilin oktyabr ayında Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.