Azərbaycanda universitet və məktəb koronavirusa görə bağlandıbackend

Azərbaycanda universitet və məktəb koronavirusa görə bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən bir universitet və bir məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

HİT.Az-ın xəbərinə görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialında çalışan əməkdaşlar arasında koronavirusa yoluxma qeydə alındığı üçün ali məktəb karantinə bağlanıb.

Eyni zamanda, Tovuz rayonunun İsakənd tam orta məktəbində dərslər dayandırılıb.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

 

İnterpress.az