Azərbaycanla İran arasında birbaşa uçuşların sayı martın 4-dən etibarən həftədə 1-dəfədən 2 dəfəyədək artırılır.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” hesabında yazıb.
“Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli törəməsi “Buta Airways” martın 4-dən Bakıdan İranın paytaxtı Tehrana uçuşları bərpa edəcəyini elan etmişdi. Xüsusi aviareyslər Heydər Əliyev Beynəlxalq Hava Limanından Tehran Hava Limanına və əks istiqamətdə yerinə yetiriləcək. Biletlərin dəyəri 29 avrodan başlayır.