Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.
İnterpress.az-ın məlumatına görə, yığma almaniyalı Riçard Trautmana tapşırılıb.
Yeni yaradılacaq performans direktoru vəzifəsinə isə niderlandlı mütəxəssis Mark van de Ham gətirilib. Hər iki mütəxəssis martın 1-də vəzifələrinin icrasına başlayacaq.
Qeyd edək ki, Riçard Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Mark van der Ham məşqçilik fəaliyyətinə 2006-cı ildə Rotterdam klubunda başlayıb. 44 yaşlı mütəxəssis 2012 – 2016-cı illərdə ölkəsinin yığma komandasında məşqçi və baş məşqçi kimi çalışıb. Mark van der Ham 2017-ci ildə Belçikanın gənclərdən ibarət komandasının baş məşqçisi kimi fəaliyyətə başlayıb, 2018-ci ildə böyüklərdən ibarət millinin, 2020-ci ildə isə bütün yığmaların baş məşqçisi təyin edilib.