Azərbaycanın Əfqanıstandakı səfirliyi Kabildə fəaliyyət göstərəcək – RƏSMİbackend

Azərbaycanın Əfqanıstandakı səfirliyi Kabildə fəaliyyət göstərəcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il fəaliyyətə başlayacaq Azərbaycanın Əfqanıstandakı səfirliyinin binası Kabil şəhərində yerləşəcək.

Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il iyulun 28-də imzaladığı Sərəncamla İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.