Azərbaycanın quru sərhədləri niyə bağlı saxlanılır?backend

Azərbaycanın quru sərhədləri niyə bağlı saxlanılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyasının planetdə tüğyan etdiyi bir dönəmdə dünya ölkələrinin həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən biri də sərhədlərin bağlanması idi. Doğrudur, təcridən bu virusa qarşı immun formalaşdıqdan və pandemiya mühiti başa çatdıqdan sonra qapanmalarla bağlı yumşalmalar aparıldı. Amma pandemiyanın sərt dönəmində Ermənistanın təxribatlarına qarşı ordumuzun genişmiqyaslı hərbi əməliyyatları fonunda sərhədlərimizin bağlı qalması zərurətə çevrilmişdi. Buna baxmayaraq, Vətən müharibəsi başa çatsa da, təhlükəsizlik qarantisi baxımından hökumət quru sərhədlərin bağlı qalmasına qərar verdi.

Bu sözləri İnterpress.az-a açıqlamasında QHT sədri, siyasi şərhçi Toğrul Allahverdili deyib.

O bildirib ki, son vaxtlar dünyada geosiyasi vəziyyətin gərginləşməsi, bir çox ölkələrarası anlaşılmazlıqların və münaqişələrin artması təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir:

“Düşünürəm ki, dünyadakı geosiyasi gərginləşmə fonunda təhlükəsizlik tədbirləri kimi sərhədlərimizin bağlı saxlanılması prioritet olmalıdır. Səbəbi isə çox sadədir: terrorun vətəni olmur və belə bir situasiyada heç bir ölkə, heç bir cəmiyyət terrordan sığortalanmayıb. Biz bunu son vaxtlar qonşu İranda gördüyümüz kimi, bir neçə gün əvvəl qonşu Rusiyada da gördük”.

Siyasi şərhçi söyləyib ki, vu günlərdə Rusiyada xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktı bir daha göstərdi ki, quru sərhədlərimizin açılmaması doğrudan da zəruridir:

“Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycanın sərhəd qonşusu olan İranda da bir müddət əvvəl terror aktları baş vermiş və nəticədə insan itkiləri qeydə alınmışdır. Bundan əlavə, bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti Lənkəranın icra başçısına qarşı sui-qəsd planı və terror aktları hazırlamaq istəyən dəstəni ifşa edib. Bu, o deməkdir ki, hökumət üçün ölkənin və vətəndaşların təhlükəsizliyi prioritet məsələdir. Odur ki, sərhədlərimizin bağlı qalmasına hələ bir müddət ehtiyacımız var“.