Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva iddialı pozları ilə diqqət çəkib. O, brend məsləhətçisi və fotoqraf Səlim Akarın obyektivi qarşısına keçib.

Azərbaycanlı model xüsusi fotoları Paris, Milan və Nyu -Yorkdakı agentliklərə və dünyaca məşhur modelyerlərə göndərəcək.
Türkiyə mətbuatı yazır ki, özəl şəkillərə görə Günay Musayeva fotoqrafı haqqında danışıb:

“Səlim Akarın illüziyaçı olduğunu deyə bilərəm. Həyatımın ən gözəl fotoları idi. Onu Türkiyənin Mert Alaşı kimi görürəm” .
Fotoları görənlər 2022-ci ilin ilk “olay” pozalarının ikilidən gəldiyini şərh ediblər.

//Sherg.az