“Azercell”dən şok addım: Xəbər saytının nömrəsini konturlarla birlikdə ləğv etdibackend

“Azercell”dən şok addım: Xəbər saytının nömrəsini konturlarla birlikdə ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda kütləvi informasiya vasitəsinin mobil operator nömrəsi içərisində 120 manatlıq balansla birlikdə ləğv edilib.

İnterpress.az xəbər verir ki, xoşagəlməz hadisə ilə jurnalist Məhəmmədəli Qəribli qarşılaşıb.

O, 2011-ci ilin noyabr ayında aldığı (051) 990-00-77 nömrədən daha çox zəng qəbul etmək üçün istifadə etdiyini bildirib.

Jurnalistin sözlərinə görə, rəhbərlik etdiyi azinforum.az saytında əlaqə vasitəsi kimi həmin nömrəni qeyd edib. M.Qəribli az istifadə etməyinə baxmayaraq, nömrənin balansına kontur yüklədiyini də vurğulayıb

Bir neçə gün əvvəl isə nömrənin tam bağlandığını görüb:

“Balansımda 120 manatdan artıq kontur vardı. Bu gün müştəri xidmətinə yaxınlaşdım, dedilər ki, nömrənizə kontur yükləmədiyiniz üçün nömrəniz ləğv edilib. Nömrə qardaşımın adına olduğu üçün dedilər ki, şəxsiyyət vəsiqəsilə yaxınlaşıb 5 manat versin, nömrəni bərpa edək.

Soruşdum ki, balansdakı kontur qalırmı? Cavab belə oldu ki, yox, həmin kontur şirkətin hesabına  keçib. Buna dələduzluqdan, oğurluqdan, vətəndaşın cibinə girməkdən başqa adı vermək olarmı? Bəs, şirkətin sosial, mədəni məsuliyyəti harda qaldı? Götürüb həmin balansdan 5 manatı keçirib, cibə girməsəydi, mən normal qarşılayardım. Mən həqiqətən də balansı artırmağı unutmuşam. Buna görə, mütləq nömrənin və balansın dalına keçmək lazımdır?”

M.Qəribli bildirib ki, “Azercell” oğurladığı 120 manatı geri qaytarmayana kimi, həmin operatorun xidmətindən istifadə etməyəcək və dünyadakı qiymətlərlə müqayisədə ən bahalı xidməti göstərən operatorun fırıldağını ifşa etməyə davam edəcək.

Jurnalist bildirib ki, daxil olan mesaja əsasən, şikayəti qeydə alınıb, 5 iş günü ərzində baxılacaq: “Bilirəm ki, özlərini haqlı çıxaran şablon cavab verəcəklər. “Azercell”-dən konturumu özümə qaytarmasını səbirsizliklə gözləyirəm!”.