“Azəriqaz” qazinin qazını kəsdi, möhlət belə vermədi…backend

“Azəriqaz” qazinin qazını kəsdi, möhlət belə vermədi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” ın Beyləqan abonent şöbəsi qazi ailəsinin qazını kəsib. Bu haqda Türkan Nəsirli yazıb. Onun sözlərinə görə, həyat yoldaşı Vətən müharibəsində iştirakına görə “Cəsur döyüşçü” və daha 3 medala layiq görülüb. Şikayətçi bildirir ki, martda yaşadığı evə 130 manat borc gəlib. Onlar bu borc məbləğindən şoka düşüblər, çünki bu qədər qaz istifadə edilməyib. Beyləqan qaz idarəsi araşdırma aparıb və iki yerdən sızma aşkarlanıb. Bununla belə, qazi ailəsi borcu hissə-hissə ödəməyə başlayıb. Onun dediyinə görə, hərbçilərin maaşı azaldılandam sonra ayda imkan daxilində 20-50 arası ödəniş ediblər. İndi 60 manat qaz puluna görə Qaz idarəsi xəbərdarlıq etmədən sayğaca plomb vurub və ailənin qazını kəsib. Bu da “Azəriqaz” sədri Ruslan Əliyevin qazi ailəsinə hörməti…
T.Nəsirli deyir ki, qazi özü idarəyə gedib, ayın 15-də maaş köçəcəyini söyləyib. Amma qaz idarəsi borcu tam bağlamağı tələb edib və möhlət verməyib.

Ç