“Bakı İrəvandan kompensasiya ödəməyi tələb edir” – AÇIQLAMAbackend

“Bakı İrəvandan kompensasiya ödəməyi tələb edir” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı İrəvandan işğal dövründə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

O bildirib ki, bu, Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialarda öhdəliklərdən biridir.

“Vurulan zərər milyardlarla dollarla qiymətləndirilir. Beynəlxalq məhkəmələrdə müsbət qərarın çıxacağı, yaxud bunun nə vaxt olacağını zaman göstərəcək, lakin Bakının İrəvana qarşı əsas rıçaqlarından birinin kompensasiya məsələsi olacağı bəllidir. Mövcud şərtlərdə çətin görünsə belə, Ermənistanın kompensasiyanı torpaqla ödəməsi məsələsi də gündəmə gətirilə bilər. Yaxud azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının təmin edilməsi irəli sürülə bilər”, – politoloq deyib.