Bakı metrosunda qadın qatar yoluna düşdübackend

Bakı metrosunda qadın qatar yoluna düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Bakı Metropoliteni məlumat yayıb.

İnterpress.az xəbər verir ki, hadisə bu gün saat 21:54-də qeydə alınıb.

Belə ki, “Dərnəgül-Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Azadlıq prospekti” stansiyasına daxil olarkən qadın stansiya yoluna düşüb. Onun yaşı və kimliyi dəqiqləşdirilir.

Dərhal gərginlik çıxarılıb və qadın stansiya yolundan çıxarılıb. Təcili tibbi yardım çağırılaraq ona yardım edilib.

Qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb. Sonra gərginlik bərpa edilərək, qatar yola salınıb.

Faktla bağlı araşdırma aparılır.