Bakı sakininə bıçaqla xəsarət yetirilərək avtomobili qaçırılıbbackend

Bakı sakininə bıçaqla xəsarət yetirilərək avtomobili qaçırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakininə bıçaqla xəsarət yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Abşeron Rayon Polis İdarəsi (RPİ) və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini X.Məmmədova bıçaqla xəsarət yetirib, 300 manat pulunu və “Mercedes” markalı avtomobilini almaqda və həmin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanlarını bağlamaqda şübhəli bilinən Q.Nəsirov martın 23-də Nəsimi rayonu ərazisində sərnişinləri ilə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az