Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov işdən çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.
C.Məlikov mədəniyyət sahəsindəki 15 illik fəaliyyətini bitirmək barədə qərar verdiyini açıqlayıb: “Qarşımda qoyduğum yeni çağırış və hədəflərə çatmaq üçün durmadan çalışmağa davam edəcəyəm”.
Qeyd edək ki, o, 2018-ci il noyabr ayında bu vəzifəyə təyin olunmuşdu.