Bakı, Sumqayıt və Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcəkbackend

Bakı, Sumqayıt və Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

İnterpress.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sərt karantin rejimi tətbiq olunan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aşağıdakı tarixlərdə ictimai nəqliyyat işləməyəcək.

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.

 

İnterpress.az