Birləşmiş Krallıq və Azarbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü ərəfəsində “British Council” Böyük Britaniya səfirliyi va Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Britaniya Film Festivalina start verilib.
İnterpress.az-ın məlumatına görə, Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley jurnalistlərə açıqlamasında Azərbaycan və Britaniya arasındakı siyasi, mədəni münasibətlərin əhəmiyyətindən danışıb.
O qeyd edib ki, münasibətlərin inkişafında mədəni tədbirlərin də mühüm rolu var. “Bu il bizim üçün olduqca önəmli bir ildir. Çünki bu il Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bizim ikitərəfli əlaqələrimiz güclüdür, inanıram ki, bu əlaqələr gələcəkdə daha da güclənəcək”.
Qeyd edək ki, festival mart ayının 15-ə qədər davam edəcək.