Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər cərimə olunublarbackend

Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər cərimə olunublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 29-da Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdıqları müəyyən olunub.

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər.

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İXM-in 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunublar.

 

İnterpress.az