Ukraynada İcçeriya tərəfdarı Xavaji Amayev ÖLDÜRÜLDÜ – FOTObackend

Ukraynada İcçeriya tərəfdarı Xavaji Amayev ÖLDÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada İckeriya tərəfdarı olan Xavaji Amayev öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, İckeriya tərəfdarı Xavaji Amayev Ukraynada öldürülüb.

Ailə sahibi olan Amayevin İckeriya tərəfindən yaradıldığı bildirilən “Xüsusi Təyinatlı Ayrı Batalyon”un (OBON) rəhbərlərindən biri olduğu iddia edilir.

Qeyd olunur ki, bu qrup Çeçenistanın keçmiş separatçı liderlərindən olan Əhməd Zakayev tərəfindən yaradılıb.

Amayevin hansı səbəbdən öldürüldüyü hələlik məlum deyil. Hadisə ilə bağlı İckeriya tərəfdarları tərəfindən açıqlama verilmədiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az