Bakıda 63 yaşlı kişini avtomobil vurub.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Maştağa-Buzovna dairəsində 1959-cu il təvəllüdlü Hüseynov Məşədiağa Hüseynağa oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.