Bakıda avtomobil piyadanı vuraraq öldürübbackend

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.

“Opel” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə hərəkətdə olarkən qəfil onun qarşısına 20-25 yaşlı oğlan çıxıb.

Hadisə zamanı ölən şəxs tanınmaz hala düşüb. Meyit aidiyyəti üzrə morqa təhvil verilib.

Hazırda ölən şəxsin kimliyi araşdırılır.