Bakıda azyaşlı qızlar əxlaqsızlığa cəlb olunur? – VİDEObackend

Bakıda azyaşlı qızlar əxlaqsızlığa cəlb olunur? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində azyaşlı qızların əxlaqsızlığa cəlb olunduğu iddia edilən görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan videonun paytaxtın Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında lentə alındığı qeyd edilib.

Ərazidə beşmərtəbəli binanın altında fəaliyyət göstərən iaşə obyektlərinin əksəriyyətində qızların ətrafdan keçən şəxslərə əxlaqsız təkliflər irəli sürdüyü iddia edilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən video barədə məlumatlıdırlar:

“Məsələ ilə bağlı aidiyyəti üzrə araşdırma aparılır”.