Bakı şəhəri Nərimanov rayonu 177 nömrəli tam orta məktəb fevralın 3-dən distant təhsilə keçir.
İnterpress.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunur ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 177 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.