Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb.
İnterpress.az-ın report-a istinadən məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Hadisənin təfərrüatı araşdırılır.