Bakıda gənc qızı avtomobil vuraraq digər avtomobilin üzərinə atıbbackend

Bakıda gənc qızı avtomobil vuraraq digər avtomobilin üzərinə atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 8 Noyabr prospektində yolu keçən 2001-ci il təvəllüdlü Sevda İsmayılova İlham qızını avtomobil vurub. Piyada zərbənin təsirindən digər avtomobilin üzərinə düşərək ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək, qapalı kəllə-beyin, baş beyinin ağır dərəcəli əzikləri travmaları, sol qasıq sümüklərinin yerdəyişən və sağ omba sümüyünün sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.