Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü?
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məsələ dövlət qurumu tərəfindən nəzarətə götürülüb və araşdırma aparılacaq.
Qida ekperti Məhsəti Hüseynova isə bildirir ki, satılan məhsulun etiketində narkotik bitkinin qeyd edilməsi içkinin tərkibində bu maddədən mütləq istifadə olunduğunu göstərir:
“Tərkibində narkotik olan qidalar yaddaşı, təfəkkürü pozur, orqanizmə ziyan vurur və asılılıq yaradır. Hər bir halda üzərində şəkili ilə birlikdə satılması qanunaziddir. Araşdırma aparılmalı və tərkibindəki narkotikin miqdarı öyrənilməlidir”, – deyə mütəxəssis qeyd edib.