Bakıda qadın evdən 15 min manatlıq qızıl oğurlayıbbackend

Bakıda qadın evdən 15 min manatlıq qızıl oğurlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadın evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Bu barədəDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Ömərova saxlanılıb.