Bakıda qadın evində ölü TAPILDIbackend

Bakıda qadın evində ölü TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mənzildə qadın meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Naab Nina Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.