Bakıda şagirdlər müəllimi döyüb? – AÇIQLAMAbackend

Bakıda şagirdlər müəllimi döyüb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi barədə iddialar yayılıb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır:

“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir.

Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır”.