Bakıda yaşayan Fransa vətəndaşları təkrar səs verəcəklərbackend

Bakıda yaşayan Fransa vətəndaşları təkrar səs verəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda yaşayan Fransa vətəndaşları aprelin 10-da Bakıda yaradılmış seçki məntəqəsinə gələrək prezident seçkilərində iştirak ediblər. Fransa vətəndaşları aprelin 24-də seçkilərin ikinci turunda səs verəcəklər”.

İnterpress.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” səhifəsində yazıb.

“Növbəti beş ildə ölkəyə kimin rəhbərlik edəcəyini müəyyən etmək üçün Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək. Bakıda yaşayan fransız seçicilər bu həlledici qərarın qəbul edilməsində iştirak etmək üçün Fransız Liseyinə gedə bilərlər”, – səfirin paylaşımında deyilir.

Xatırladaq ki, seçici bülletenlərinin 97%-nin hesablanmasından sonra Fransanın hazırkı Prezidenti Emmanuel Makron ilk turdan sonra seçicilərin 27,6%-nin səsini qazanıb. İkinci yerdə 23,41% səslə Marin Le Pen qərarlaşıb.