“Bakının qızları” mahnısının ifaçısı vəfat etdi – VİDEObackend

“Bakının qızları” mahnısının ifaçısı vəfat etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

Bu barədə Kulis.az-a sənətkarın yaxınları məlumat verib.

60-80-ci illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi C.Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi teleradionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalmış C.Əliyev səhnədə çox az müddətdə parlayıb.

İnterpress.az