Baş Nazirin müavini: “YAP valideynlərini itirən uşaqlara təqaüd ayırdı”backend

Baş Nazirin müavini: “YAP valideynlərini itirən uşaqlara təqaüd ayırdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın törətdiyi terror hadisəsi onların iç üzünü göstərdi. Bizim qarşımızda duran vəzifə də ondan ibarətdir ki, dünyaya erməni xislətini olduğu kimi göstərək”.

İnterpress.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov bu gün Gəncədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “erməni siyasətçilərinin maskası” artıq yırtılır:

“Yeni Azərbaycan Partiyası dünyanın bir çox ölkələrinin partiyaları ilə əməkdaşlıq edir və Gəncə hadisələri ilə bağlı məqamlar da onlara çatdırılır”.

“Gəncədə terror hadisələri zamanı zərər çəkmiş ailələrə yardım göstəriləcək. Valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən gələn aydan etibarən 300 manat müqabilində təqaüd təyin edilib. Bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək”, – deyə Ə.Əhmədov əlavə edib.

Bundan əlavə olaraq Əli Əhmədov Gəncə şəhərinə etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında bildirib ki,

“Ermənilər Gəncədə törədikləri hadisəyə görə öz cazalarını çox ağır şəkildə alırlar və alacaqlar”.

“Əlbəttə, biz onlar kimi uşaq, mülki şəxsləri hədəf almırıq. Biz bunun cavabını döyüş meydanında veririk. Ermənilər Gəncəyə etdiklərinin cəzasını çox ağır ödəyirlər”.

 

İnterpress.az