“Bavariya” klubu 12 illik məşqçisini istefaya göndəribbackend

“Bavariya” klubu 12 illik məşqçisini istefaya göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Bavariya” klubu qapıçılar üzrə məşqçisi Toni Tapaloviçi istefaya göndərib.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis 12 ildir fəaliyyət göstərdiyi Münhen təmsilçisindən qovulub.

Buna səbəb Tapaloviçin baş məşqçi Yulian Naqelsmannla fikir ayrılıqları olmasıdır. Eyni zamanda, mütəxəssisin bəzi oyunçularla münasibətinin qaydasında olmadığı bildirilir. Fransa təmsilçisi “Monako”da icarə əsasında çıxış edən qapıçı Aleksandr Nübel qış fasiləsində məhz Tapaloviçə görə “Bavariya”ya dönməkdən imtina edib.

Qeyd edək ki, Toni Tapaloviç 2011-ci ildən “Bavariya”da qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərib.