ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək.
İnterpress.az xəbər verir ki, çıxış Bakı vaxtilə 00:30-da planlaşdırılır.
“Prezident qısa şərhlər, Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. Bu, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq qaldığını və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu bir daha təsdiq edəcək”, – Ağ Evin məlumatında deyilir.
“ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanır, lakin istənilən ssenariyə hazırdır”, – Ağ Ev əlavə edib.