Belarus – Azərbaycan oyunu neytral ölkədə keçiriləcəkbackend

Belarus – Azərbaycan oyunu neytral ölkədə keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan yığması Millətlər Liqasının seçmə mərhələsində Belarusla səfər oyununu neytral meydanda keçirəcək.

İnterpress.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qurumun İntizam Komitəsinin qəbul etdiyi qərara görə, Belarus millisi və digər komandaları UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə ev oyunlarını neytral meydanlarda keçirmələri olacaqlar. Həmçinin Belarus komandalarının ev sahibliyi edəcəyi matçlar tamaşaçısız oynanılacaq.

Qeyd edək ki, Azərbaycan yığması sözügedən turnirdə C Liqasının 3-cü qrupunda Belarus, Slovakiya, Qazaxıstan/Moldova ilə mübarizə aparacaq. Komandamız Belarusla səfər görüşünü iyunun 6-sı keçirəcək. Cavab oyunu isə iyunun 13-ü Bakıda olacaq.