Belarus Ukrayna ilə sərhəddəki vəziyyəti təhlükəli hesab edirbackend

Belarus Ukrayna ilə sərhəddəki vəziyyəti təhlükəli hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun Dövlət Sərhəd Komitəsi Ukrayna ilə sərhəddəki vəziyyəti ölkə üçün təhlükəli adlandırıb.
bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin əməliyyat-analitik şöbəsinin rəisi Dmitri Lyubkin bazar ertəsi STV dövlət telekanalının efirində bildirib.
“Hərbi nöqteyi-nəzərdən, əlbəttə ki, bizim üçün ən təhlükəli vəziyyət cənub istiqamətindədir. Niyə? Çünki müharibə şəraitində olan ölkənin – Ukraynanın silahlı bölmələrinin sıxlığı müşahidə olunur. Biz orada kifayət qədər ciddi təxribat xarakterli hərəkətlərin şahidi oluruq. Ukrayna sərhədçiləri qeyri-dost hərəkətləri edirlər: bizim sərhədçilərə atəş açır, təxribat törədirlər”, – deyə o bildirib.