Belarusda maraqlı QƏRAR: Sərxoş və avaralar sərt hərbi təlimlərə CƏLB EDİLƏCƏKbackend

Belarusda maraqlı QƏRAR: Sərxoş və avaralar sərt hərbi təlimlərə CƏLB EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda kənd təsərrüfatı sahəsində çalışan sərxoş və tənbəllər hərbi təlimlərə göndəriləcək.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belarusda kənd təsərrüfatı sektorunda nizam-intizamı pozan, mütəmadi olaraq spirtli içki qəbul edən və işdən yayınan əməkdaşlar 2-3 ay müddətinə xüsusi hərbi-tərbiyəvi təlimlərə göndəriləcək.

Bu qərarı Belarus Prezident Administrasiyasının rəhbəri Dmitri Krutoy açıqlayıb.

Administrasiya rəhbərinin sözlərinə görə, həmin şəxslər üçün toplanış mərkəzlərində məişət şəraiti olduqca sərt olacaq. Lakin bu müddət ərzində intizamsız işçilərin öz fiziki formalarını bərpa etmək və faydalı ordu əməyi ilə məşğul olaraq səhvlərini düzəltmək imkanı yaranacaq.

Dövlət rəsmisi vurğulayıb ki, bu tədbirlər həm də kənd təsərrüfatı sahəsində ümumi əmək nizam-intizamının gücləndirilməsi və işçi qüvvəsindən daha səmərəli istifadə edilməsi məqsədilə reallaşdırılır.

Xuraman Etibarlı

İnterpress.аz