Belçika Rusiya vətəndaşlarına Aİ vizalarının verilməsini dayandırmağa tərəfdardırbackend

Belçika Rusiya vətəndaşlarına Aİ vizalarının verilməsini dayandırmağa tərəfdardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belçika Avropa İttifaqının (Aİ) tələbələr və işlə əlaqədar səyahət edən şəxslər də daxil olmaqla, bütün Rusiya vətəndaşlarına vizalarının verilməsini dayandırmağa tərəfdardır”.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə miqrasiya və sığınacaq verilməsi üzrə dövlət katibi Sammi Mahdi bildirib.

“Rusiyanın düşüncəsiz hücumu bizi Belçikaya gəlmək istəyən rusiyalılara qarşı ehtiyatlı olmağa vadar edir. Hazırda rusiyalılar burada arzuolunan deyil. Rusiyalılara viza verilməsinə ümumi qadağanın qoyulması istisna edilməməlidir”, – o deyib.