Qazaxıstan qonşu ölkələrdən gələn avtomobillərin girişinə məhdudiyyət tətbiq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Qazaxıstan benzinin qanunsuz çıxarılmasının qarşısını almaq üçün qonşu ölkələrdən gələn nəqliyyat vasitələrinin ölkəyə girişini sutkada cəmi bir dəfə ilə məhdudlaşdırıb.
Yeni qaydaya əsasən, həm minik, həm də yük avtomobilləri sərhədi 24 saat ərzində yalnız bir dəfə keçə biləcəklər.
Bu məhdudiyyət ölkə daxilində yanacaq balansını qorumaq məqsədi daşıyır.
Son vaxtlar Qazaxıstanın sərhədyanı bölgələrində yanacağın qeyri-qanuni yollarla kənara daşınması cəhdləri artıb.
Bununla əlaqədar olaraq, hüquq-mühafizə və sərhəd orqanları əlavə yanacaq çənləri quraşdırılmış nəqliyyat vasitələrinə qarşı nəzarəti gücləndiriblər.
Xuraman Etibarlı
İnterpress.az






