Beş ölkə İsrailin maliyyə nazirinə qarşı sanksiya tətbiq edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Böyük Britaniya, Fransa, Avstraliya, Yeni Zelandiya və Kanada İsrailin maliyyə naziri Betsalel Smotriçə qarşı sanksiyalar tətbiq edib və onun bu ölkələrin ərazisinə girişinə qadağa qoyublar. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib.
Fransa xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər həmçinin köçkün təşkilatlarının dörd rəhbərinə və həmin ölkələrin hakimiyyət orqanları tərəfindən İordan çayının qərb sahilində israilli köçkünlərin zorakılıqlarında əli olduğu hesab edilən daha 21 şəxsə şamil olunub.
Xuraman Etibarlı
İnterpress.az






